AVRO 2016-nım seçmə mərhələsində Uels və Kiprlə qarçılaçacaq Bosniya və Hersoqavina milli koandasının heyəti açıqlanıb.
Newsport.az-ın məlumatına görə, milli komandanın baş məşqçisi Məhmət Bazdareviç qarşıdakı iki oyun üçün milliyə 24 futbolçu dəvət edib.
Sözügedən siyahıda Topaz Premyer Liqasında çıxış edən iki futbolçunun da adına rast gəlmək mümkündür. Belə ki, "Qarabağ”ən qapıçısı İbrahiç Sehiç və "Qəbələ”nin futbolçusu Ermin Zets milli komandaya dəvət alanlar sırasındadı.
Qeyd edək ki, oktyabrın 10-da səfərdə Uelsin qonağı olacaq Bosniya və Hersoqovina yığması, 3 gün sonra evdə Kipri qəbul edəcək.