Bu gün AVRO-2024-ün final mərhələsinin püşkatması keçiriləcək

Bu gün AVRO-2024-ün final mərhələsinin püşkatması baş tutacaq. 

Newsport.az xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcək turnirin püşkatması Hamburqda keçiriləcək. Tədbirə saat 21:00-da start veriləcək. 

Püşkatmada 21 milli komanda iştirak edəcək. Avropa çempionatına yollanacaq son üç komandanın adı isə pley-off görüşlərindən sonra dəqiqləşəcək. Həmin komandalar A, B və C yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaq.

AVRO-2024

1-ci Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

2-ci Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

3-cü Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

4-cü Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi

Avropa çempionatı 14 iyun-14 iyulda Almaniyanın 10 şəhərində təşkil ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right