Məşhur futbolçu sabah son oyununa çıxır

"Atletiko" və "Çelsi"nin sabiq futbolçusu Felipe Luis karyerasını bitirmək qərarına gəlib.

Newsport.az xəbər verir ki, "Flamenqo"nun braziliyalı müdafiəçisi yerli mətbuata açıqlamasında sabah "San Paulo" ilə keçiriləcək matçın onun üçün sonuncu olacağını deyib.

38 yaşlı futbolçu karyerasını məşqçi kimi davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü 2019-cu ildən "Flamenqo"da oynayırdı. O, Avropada "Deportivo"da da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right