Ten Haq yayda transfer etdiyi futbolçuların satılmasını istəyir

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq iki oyunçunun performansından narazıdır.

Newsport.az xəbər verir ki, Sofian Amrabatla Meyson Mauntun oyunu niderlandlı mütəxəssisi qane etmir. Bu barədə "Guardian" nəşri məlumat yayıb.

Teh Haq rəhbərlikdən hər iki futbolçunun qış transfer pəncərəsi zamanı satılmasını istəyib.

Qeyd edək ki, "Mançester Yunayted" Meyson Mauntu "Çelsi"dən, Sofian Amrabatı isə "Fiorentina"dan transfer edib. Futbolçular yayda heyətə cəlb olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right