“O, bizə müdafiədə çox kömək edir” “Liverpul”un kapitanı

“Liverpul”un kapitanı və mərkəz müdafiəçisi Vircil van Dayk komanda yoldaşı Trent Aleksander-Arnold haqqında danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu komanda yoldaşını tərifləyib:

“O, bizə müdafiədə çox kömək edir. Arnold xüsusi keyfiyyətlərə malikdir, o, tam oyunçudur. Gördüyü işləri görməyə davam etməlidir, özü üçün qoyduğu və hamımızın onun üçün qoyduğu yüksək standartları qoruyub saxlamalıdır”.

Aleksander-Arnold bu mövsüm İngiltərə Premyer Liqasında 11 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right