Neymar sevgilisindən ayrıldı

Braziliya millisinin və "Əl-Hilal"ın futbolçusu Neymar sevgilisi - braziliyalı model Bruna Biankardidən ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə Bruna özü açıqlayıb. O, övladları dünyaya gəldikdən sonra münasibətlərinə son qoyduqlarını deyib: 

“Bu, şəxsi məsələdir, lakin hər gün müxtəlif xəbərlər yazılır, fərziyyələr və zarafatlar edilir. Mənimlə bağlı olduğu üçün sizə bildirirəm ki, hazırda münasibətim yoxdur. Biz Mevinin valideynləriyik və bizi birləşdirən budur. Ümid edirəm ki, şəxsi xəbərlər daha az olacaq, təşəkkür edirəm”.

Nəzərinizə çatdıraq ki, 2 ay əvvəl cütlüyün qızı dünyaya gəlib və onlar körpənin adını Mevi qoyublar. Neymar və BianKardi 2021-ci ildə görüşməyə başlamışdılar, lakin bu münasibəti gizli saxlayırdılar. Onlar 2022-ci ilin yanvarında münasibətlərini ictimaiyyətə açıqlayıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right