"Fənərbaxça" Danimarkaya 7 itki ilə gedir

"Fənərbaxça" Avropa Konfrans Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Norşellann"ın qonağı olacaq.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi Danimarkaya 7 itki ilə gedib.

Rodriqo Bekan, Aleksandru Ciku, Serdar Aziz, Ferdi Kadıoğlu, Fred, Miha Zayts və Mert Hakan Yandaş səfər matçında komandaya kömək edə bilməyəcək. Zədəli olan oyunçuların adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Norşellan" - "Fənərbaxça" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right