Klopp Alissonun zədəsinə görə narahatdır

Yürgen Klopp Alisson Bekkerin durumundan narahatdır. “Liverpul”un baş məşqçisi son oyunda zədələnən qapıçının tezliklə geri dönməsini arzulayır.

Newsport.az xəbər verir ki, brazilyalı qolkiper sağ ayağının arxa əzələsindən xəsarət alıb. Həkimlər futbolçu barədə yekun diaqnoz qoymayıb.

Klopp əsas qapıçısını itirmək istəmir: “Ciddi bir şey olmayacağına ümid edirəm. Həkimlərin yekun qərarını gözləməliyik. Özü ilə danışdım, ağrı hiss etdiyini dedi. Amma problemin böyüklüyünü hələ heç birimiz bilmirik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right