Türkiyə klubunun baş məşqçisi istefa verib

Türkiyənin "Kasımpaşa" komandasının baş məşqçisi Kemal Özdeş istefa verib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis ötən gün "Konyaspor"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra vəzifəsindən ayrılıb.

Qeyd edək ki, 2016-cı ildə də İstanbul təmsilçisinə rəhbərlik etmiş Kemal Özdeş cari ilin aprelində yenidən komandaya qayıtmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right