“Real”ın ikinci komandasının baş məşqçisi Raul Qonsales “Union”un (Berlin) “sükanı arxasına” keçə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu yeni baş məşqçinin adını noyabrın 26-da açıqlamalıdır. Bu vəzifəyə Raulun gətirilmə ehtimalı yüksəkdir.
46 yaşlı ispaniyalı mütəxəssis 2019-cu ildən “Real”ın ikinci komandası olan “Kastilya”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.