"Azərbaycan bütün oyunu müdafiə olundu, əks-hücumlara çıxa bilmirdik"

Ukraynanın U-21 yığmasının üzvü İlya Kvasnitsa AVRO-2025-in (U-21) seçmə mərhələsində Azərbaycan yığması üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Newsport.az xəbər verir ki, “Rux”un forvardı klubun rəsmi saytına açıqlamasında bunları deyib:

“Ukrayna U-21 yığmasının əhval-ruhiyyəsi əladır. Çünki biz seçmə mərhələnin 5 oyunun hamısında qalib gəlmişik. Təbii ki, bunlar asan oyunlar deyildi. Məsələn, Azərbaycan bütün oyunu müdafiə olundu, əks-hücumlara da çıxa bilmədik. Çünki biz yalnız mövqe hücumları edirdik. Lüksemburqa qarşı isə fərqli oldu, onlar hücuma çıxmağa cəhd edirdilər. Nəticədə, komandamız yaranan boş zonalardan istifadə etdi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right