"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vuracaq

“Fənərbaxça” və Almaniya millisinin sabiq üzvü Maks Kruze klubsuz qalıb.

Newsport.az “Bild”ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Paderborn”la yollarını qarşılıqlı razılaşma əsasında ayırıb.O, adıçəkilən klubda 5 ay idi ki, oynayırdı.

Kruze “Verder”, “Sankt-Pauli”, “Frayburq”, “Borussiya”(Münhenqladbax), “Volfsburq”, “Fənərbaxça”, “Union Berlin” klublarında çıxış edib. Almaniyalının aktiv futbolçu karyerasını başa vuracağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right