UEFA Avropa Liqası matçının məkanını dəyişib

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun “Makkabi” (Hayfa, İsrail) – “Renn” (Fransa) matçının məkanını dəyişib.

Newsport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma Belqrad şəhərindən Budapeştə keçirilib.

Buna Serbiya paytaxtındakı Rajko Mitic stadionunun əlçatan olmaması səbəb göstərilib.

Qeyd edək ki, “Makkabi” – “Renn” matçı noyabrın 30-da “Puşkas Arena”da, boş tribunalar önündə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right