Haaland sabiq klubunu unutmadı

"Mançester Siti"nin ulduz futbolçusu Erlinq Haaland akademiyasında yetişdiyi sabiq klubu "Brüyne"ni unutmayıb.

Newsport.az xəbər verir ki, Norveç təmsilçisi ölkənin əsas liqasına yüksəlmək üçün mübarizə aparır. Komanda 1-ci divizionun pley-offunda səfərdə "Start"la qarşılaşacaq. "Brüyne" azarkeşlərinin bu uzaq səfər üçün pul ödəyə bilməyəcəyinə görə Haaland doğma klubuna dəstək olmaq qərarına gəlib.

O, azarkeşlərin komandanı dəstəkləyə bilməsi üçün 250 bilet alacaq. 

"Brüyne" 1-ci divizionun 30 turundan sonra sıralamanı 44 xalla 6-cı pillədə başa vurub və pley-off-da iştirak etmək hüququ qazanıb. "Start" - "Brüyne" matçı noyabrın 25-də keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right