"Yuventus" və PSJ arasında transfer yarışı

"Monako"nun müdafiəçisi Yussef Fofana qışda klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, 24 yaşlı futbolçunu "Yuventus" heyətinə qatmaq istəyir. Bu barədə "Telefoot" məlumat yayıb.

"Yuventus"un fransalı mərkəz müdafiəçisinin transferində əsas rəqibi PSJ-dir. Mançester Yunayted" də Fransa millisinin üzvü ilə maraqlanır.

Qeyd edək ki, "Monako" Yussef Fofananı 2020-ci ilin yanvar ayında "Strazburq"dan transfer edib. Arxa xətt oyunçusu cari mövsümdə "knyazlıq" təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right