Azərbaycanlı hakimlər "Bavariya" - "Kopenhagen" matçını idarə edəcək

Azərbaycanlı hakim Elçin Məsiyev növbəti beynəlxalq təyinat alıb.

Newsport.az xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının A qrupunda “Bavariya” (Almaniya) – “Kopenhagen” (Danimarka) oyununu idarə edəcək.

Ona Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Michael Bacher (Almaniya) yerinə yetirəcək.

"Bavariya" - "Kopenhagen" qarşılaşması noyabrın 29-da Münhendə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right