UEFA "Seltik"i tribunada Fələstin bayraqları olduğuna görə cərimələdi

UEFA Şotlandiyanın "Seltik" klubunu cərimələyib.

Newsport.az xəbər verir ki, buna səbəb "Seltik"in Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə oyununda tribunada Fələstin bayraqları nümayiş etdirilməsi olub. Görüşdə "Seltik"in azarkeş qrupu olan "Yaşıl Briqada" böyük bir Fələstin bayrağını tribunaya qaldırıb, həmçinin digər tribunalarda da bir neçə bayraq yerləşdirilib.

UEFA-nın qaydalarına əsasən, matçlarda siyasi addımların atılması qadağandır. Buna görə də qurum klubu 29 min avro məbləğində cərimələyib. Bu, Şotlandiya təmsilçisinin cari mövsümdə 3-cü cəriməsidir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right