"Komandamız final mərhələsində çox uğur qazana bilər"

Fransa millisinin hücumçusu Antuan Qrizmann AVRO-2024-ün seçmə qrup mərhələsinin Yunanıstanla oyunundan sonra (2:2) açıqlama verib. Newsport.az xəbər verir ki, "Atletiko"nun hücumçusu cari ilin onlar üçün yaxşı keçdiyini söyləyib:
 
"2023-cü il sona çatır. İl bizim üçün yaxşı keçdi. AVRO-2024-ün final mərhələsində komandamız çox uğur qazana bilər. Səylə hazırlaşmalı və özümüzü yaxşı tərəfdən göstərməliyik".
 
Fransa B qrupuna 22 xalla başçılıq edir. Yunanıstan isə 3-cü yeri tutub və pley-offda mübarizə aparmaq şansı qazanıb. Onlar sözügedən mərhələdə Qazaxıstanla qarşılaşacaqlar.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right