Argentina milli komandası DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə qrup mərhələsinin VI turunda Braziliyanı məğlub edib (1:0). Newsport.az xəbər verir ki, görüşün əvvəlində polislərlə azarkeşlər arasında insident yaşanıb.
Nəticədə, 2 azarkeş xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları azarkeşləri dəyənəklər vasitəsilə sakitləşdirməyə çalışıblar. Yaralananlar xəstəxanaya yerləşdirilib. Onlardan biri kəllə-beyin travması alıb.
Xatırladaq ki, "Marakana" stadionunda keçirilən qarşılaşma təyin olunan vaxtdan 27 dəqiqə gec başlayıb. Görüş Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yarışın turnir cədvəlində Argentina 15 xalla birinci, Braziliya isə 7 xalla altıncı pillədə qərarlaşıb.