34 yaşdan yuxarı ən bahalı futbolçular müəyyənləşib. Newsport.az “Transfermarkt”a istinadən xəbər verir ki, ən dəyərli veteranların siyahısına Lionel Messi başçılıq edir.
“İnter Mayami”nin argentinalı hücumçusunun qiyməti 35 milyon avrodu. Onu 30 milyonla polşalı Robert Levandovski izləyir.
34 yaşdan yuxarı dünyanın ən bahalı 10 futbolçusu:
1. Lionel Messi (“İnter Mayami”, 36 yaş) – 35 milyon
2. Robert Levandovski (“Barselona”, 35 yaş) – 30 milyon
3-4. Kərim Benzema (“Əl-İttihad”, 35 yaş) – 15 milyon
3-4. Kriştiano Ronaldo (“Əl-Nəsr”, 38 yaş) – 15 milyon
5. Tomas Müller (“Bavariya”, 34 yaş) – 12 milyon
6. Luka Modriç (“Real”, 38 yaş) – 10 milyon
7. Anxel Di Mariya (“Benfika”, 35 yaş) – 8 milyon
8. Marko Roys (“Borussiya”, Dortmund, 34 yaş) – 7,5 milyon
9. Henrix Mxitaryan (“İnter”, 34 yaş) – 6 milyon
10. Duşan Tadiç (“Fənərbaxça”, 34 yaş) – 5,5 milyon.