Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunda çıxış edən Kərim Benzema yerli mətbuata açıqlamalar verib.
Newsport.az xəbər verir ki, 36 yaşlı futbolçu orada insanların futbolçu çox sevdiyini bildirib. Fransalı hücumçu Səudiyyə Ərəbistanını ikinci vətəni adlandırıb:
"Səudiyyə Ərəbistanında idmanı sevən möhtəşəm inlanların arasında olduğum üçün çox xoşbəxtəm. Bura sadəcə futbol oynamaq üçün yox, böyük bir idman layihəsi üçün gəlmişəm. Yeni gəldiyim vaxtda böyük diqqət və möhtəşəm qarşılanma məni təəccübləndirdi. "Əl İttihad" azarkeşləri futbolu sevirlər, bizə həyəcan verirlər. Biz də onları xoşbəxt etmək üçün əlimizdən gələn hər şeyi edirik. Səudiyyə Ərəbistanı mənim ikinci vətənimdir. Buradakı insanlar futbolu çox sevirlər".
Qeyd edək ki, Kərim Benzema "Əl ittihad"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.