Avro-2024-ün seçmə mərhələsində Ukrayna ilə matç öncəsi İtaliya millisinin heyətində dəyişiklik edilib.
Newsport.az xəbər verir ki, baş məşqçi Luçano Spaletti Leverkuzendəki "BayArena"da keçiriləcək qarşıdurma üçün heyətdən hücumçu Domeniko Berardini ("Sassuolo") çıxarıb. Onun əvəzinə heyətə "Yuventus"dan Moyze Kin daxil edilib.
Xatırladaq ki, Domeniko millidə 27 oyun keçirib və 8 qol vurub.
Əlavə edək ki, Ukrayna - İtaliya matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.