İsrafilov oynadı,komandası ev oyununda xal itirdi

İspaniya La Liqasında 6-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Selta" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu dəfə heç-heçəyə imza atıb - 1:1. İsrafilov qarşılaşmanın 69-cu dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Eybar" hazırda 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right