İsveç millisinin baş məşqçisi istefa verdi

İsveç millisinin baş məşqçisi Yanne Andersson vəzifəsindən istefa verib.

Newsport.az xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssis öz açıqlamasında bildirib. O, Avro-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə oyundan sonra istefa verdiyini deyib. Andersson final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını vurğulayıb.

Qeyd edək ki, Andersson 2016-cı ildən İsveç yığmasının baş məşqçisi idi. 

İsveç Azərbaycan millisinin də yer aldığı F qrupunda 10 xalla üçüncü yeri tutub. Azərbaycan isə 7 xala 4-cü olub. Bu komandalar arasında Solnada keçirilən görüşdə İsveç 5:0 hesabı ilə qələbə qazanıb, Bakıdakı qarşılaşmada isə Azərbaycan 3:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right