Azərbaycan millisinin voleybolçuları Vyetnamda mükafat qazanıblar

Azərbaycan millisinin voleybolçuları Polina Rəhimova və Odina Əliyeva Vyetnam çempionatında fəxri kürsüyə qalxıblar.

Newsport.az xəbər verir ki, Polina Rəhimovanın formasını geyindiyi “Xoa Çat Duk Qianq Tia Sanq” klubu liqanı gümüş medalla tamamlayıb.

Odina Əliyevanın şərəfini qoruduğu “Binh Dyen Lonq An” isə üçüncü yeri tutaraq bürünc mükafata yiyələnib.

P.Rəhimova həmçinin Vyetnam liqasının ən yaxşı hücumçusu seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right