“Almaniyadan kənarda yaşamağın yaxşı tərəfi odur ki, hər şeyi eşitmirsən” Ter Ştegen

Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen komandanın digər qapıçısı Manuel Noyerlə münasibətindən danışıb.

Newsport.az-ın məlumatına görə, o, həmkarı ilə münasibətində qarşılıqlı hörmətin olduğunu söyləyib:

“10 ildən artıqdır ki, milli komandada birgə oynayırıq. Münasibətimizdə böyük qarşılıqlı hörmət var. Ünsiyyətimiz və dəstəyimiz həmişə yüksək səviyyədə olub. Bir-birimizlə heç vaxt problemimiz olmayıb, sadəcə olaraq sağlam, peşəkar rəqabət.

Sabiq futbolçu Mixael Ballak deyib ki, zədəsi sağaldıqdan sonra Noyer yenidən Almaniyada şübhəsiz bir nömrə olacaq? Almaniyadan kənarda yaşamağın yaxşı tərəfi odur ki, hər şeyi eşitmirsən. Hər kəs öz fikrini ifadə etməkdə azaddır. Məni maraqlandıran tək şey əla formada olmaq və yaxşı çıxış etməkdir. Bu, özümü ifadə etmək istədiyim yeganə yoldur”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right