"Bavariya" və Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus hesab edir ki, İlkay Gündoğan və Coşua Kimmixin eyni vaxtda meydanda olması yığma üçün zərərlidir.
Newsport.az-ın məlumatına görə, “Bild”ə danışan veteran futbolçu adıçəkilən futbolçulardan yalnız birinin meydanda olmasının uğurlu ola biləcəyini deyib:
"Dünya çempionatında gördük ki, Gündoğan və Kimmix birlikdə “altı nömrə” mövqeyində oynaya bilmir. Çünki onlar çox oxşardırlar. Bəli, hər ikisi dünya səviyyəli futbolçulardır. Lakin bu qədər yaxın olanda bir-birinə mane olurlar. Bu mənada, hər ikisi eyni anda meydandadırsa, bir-birinə mane olurlar. Düşünürəm ki, onlardan biri Paskal Qros və ya Leon Qoretska ilə tandemdə olmalıdır".
Xatırladaq ki, noyabrın 18-də Almaniya millisi yoldaşlıq görüşündə Türkiyə millisinə 2:3 hesabı ilə uduzmuşdu.