PSJ və Fransa millisinin yarımmüdafiəçisi Uorren Zair-Emeri AVRO-2024-ün seçmə mərhələsinin Cəbəllitariqlə matçında zədələnib.
Newsport.az-ın məlumatına görə, fransalı ilin sonuna qədər futbol oynamayacaq.
O, artıq Parisə yollanaraq müalicəsinə başlayıb.
Emeriyə sağ ayağınının topuq nahiyəsinin burxulması diaqnozu qoyulub. 17 yaşlı futbolçu PSJ-nin yetirməsidir. O, Fransa millisinin heyətində bu il debüt edib.