Benzema razı oldu, "Əl-İttihad"ın baş məşqçi postu ona həvalə edildi

"Əl-İttihad"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Marselo Qalyardo Səudiyyə Ərəbistanı klubunda işləyəcək. 

Argentinalı adıçəkilən klubla ilyarımlıq müqavilə imzalayacaq. Maraqlıdır ki, komandanın aparıcı üzvləri Kərim Benzema və Nqolo Kantenin də Qalyardo haqda fikirləri müsbət olub deyə, rəhbərlik onu bu posta təyin etmək qərarına gəlib.

Amma nəticələrdən asılı olaraq, onun müqaviləsi 2027-ci ilə qədər artırıla bilər. Qalyardo “River Pleyt”lə iki dəfə Libertadores Kubokunu,üç dəfə Argentina kuboku və bir dəfə Argentina çempionluğunu qazanıb. “Əl-İttihad” hazırda Səudiyyə Ərəbistanı çempionatında 5-ci pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right