Belçika millisinin qapıçısı Arno Bodar AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda bu gün Brüsseldə Azərbaycana qarşı keçiriləcək oyununda oynamayacaq.
Newsport.az-ın məlumatına görə, buna onun xəstələnərək komandanın məşqlərinə qatılmaması səbəb olub.
Daha əvvəl isə Amadu Onananın zədə səbəbindən Azərbaycanla görüşdə oynamayacağı dəqiqləşib.
Belçika - Azərbaycan oyunu “Rua Boduen” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.