"Barselona"nın qarşıdakı "transfer pəncərəsi" üçün hədəfləri məlum olub.
Newsport.az-ın məlumatına görə, qışda kataloniyalılar "Atletiko Paranaense"nin və Braziliya millisinin hücumçusu Vitor Rokenin transferini rəsmiləşdirəcək.
Yay “transfer pəncərəsi” zamanı isə İspaniya nəhəngi üç transferi reallaşdırmağı nəzərdən keçirir: “Real Sosyedad”dan Martin Subimen, “Nyukasl”dan Bruno Gimarayeş və “Atalanta”dan Ederson. “Barsa” rəhbərliyi onlardan birini heyətinə qatmaqda israrlıdır.
Rokenin keçidinin isə artıq həll olunduğu bildirilir.