Millinin sabiq üzvü qumar oynadığını etiraf etdi, cərimə olunacaq

"Milan"ın müdafiəçisi Alessandro Florenzi Turin prokurorlarına qumar oynadığını etiraf edib, amma futbola mərc etmədiyini deyib. 

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu bir müddətdir qanunsuz mərc oyunlarında iştirak etməkdə şübhəli bilinirdi.

Amma Florenzinin futbola mərc etdiyinə dair heç bir sübut tapılmayıb. İtaliya millisinin sabiq üzvü qeyri-qanuni olaraq qumar və ya mərc oyunları ilə məşğul olduğuna görə yalnız kiçik cərimə tətbiq olunacaq. 

32 yaşlı futbolçu "Roma", "Krotone", "Valensiya", PSJ-də oynadıqdan sonra 2022-ci ildə "Milan"a keçib. O, 2012-2022-ci illərdə İtaliya millisində 49 matça çıxıb 2 qol da vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right