Bu futbolçu ilin ən yaxşı "come back"i mükafatına sahib çıxdı

"Kanzas Siti"nin hücumçusu Alan Pulido MLS-də ilin ən yaxşı geridönüşü mükafatını alıb.

Newsport.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı meksikalı dizindən aldığı ağır zədə səbəbindən 2022-ci ili boşa vermişdi. 

2023-cü ildə isə o, "Kanzas Siti"nin heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ötən mövsüm bu mükafatı "İnter Mayami"nin futbolçusu Qonzalo İquain qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right