"Zenit" Bakıya gəldi, "Qarabağ"ın qolkiperi onları qarşıladı

"Zenit" bu gün "Neftçi" ilə yoldaşlıq oyununa çıxacaq.

Newsport.az "Matç TV"yə istinadən xəbər verir ki, Sankt-Peterburq klubu oyun üçün dünən axşam saatlarında Bakıya gəlib.

Rusiya mətbuatının məlumatına görə, “Zenit”i oteldə komandanın sabiq qapıçısı, hazırda “Qarabağ”ın qapısını qoruyan Andrey Lunyov qarşılayıb.

O, "Zenit"dəki keçmiş komanda yoldaşları ilə isti söhbət edib.

"Neftçi" - "Zenit" bu gün “Neftçi Arena”da keçiriləcək və 21:00-da başlayacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right