"Bavariya"nın sabiq futbolçusu Fransa klubunda işləyəcək

Mərakeş millisinin sabiq kapitanı Mehdi Benatia "Marsel"in idman direktoru təyin olunacaq.

Newsport.az “Footmercato”ya istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə edilib.

Gələn həftənin əvvəlində bütün lazımi sənədlərin imzalanacağı gözlənilir. Peşəkar karyerasına "Marsel"də başlamış Mehdi "Loryen", "Udineze", "Roma", "Bavariya", "Yuventus", "Əl-Duhail", "Fatih Karagümrük" klublarında oynayıb. O, 2008-2019-cu illərdə Mərakeş millisinin üzvü olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right