Ulduz futbolçu əməliyyat olundu 3 ay oynamayacaq

Türkiyənin "Adana Demirspor" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisinin hücumçusu Mario Balotelli sıradan çıxıb.

33 yaşlı forvard bu gün İtaliyada dizindən əməliyyat olunub. Təcrübəli futbolçu 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Mario Balotelli cari mövsümdə "Adana Demirspor"un heyətində meydana çıxdığı 5 rəsmi matçda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right