"Zenit" "Neftçi" ilə matça itkilərlə çıxacaq

Rusiyanın "Zenit" klubu Bakıda "Neftçi" ilə yoldaşlıq oyunu keçirəcək.

Newsport.az-ın məlumatına görə, Sankt-Peterburq təmsilçisi qarşılaşmaya itkilərlə çıxacaq. Rusiya çempionunun iki futbolçusu "ağ-qaralar"a qarşı oynamayacaq.

Hücumçu Mateo Kassyerra və yarımmüdafiəçi Aleksandr Eroxin zədə səbəbindən "Neftçi" ilə matçda forma geyə bilməyəcək. Bu barədə komandanın baş məşqçisi Sergey Semak məlumat verib.

Qeyd edək ki, "Neftçi" - "Zenit" qarşılaşması 18 noyabr tarixində saat 21:00-da "Neftçi Arena"da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right