“Bayer”in futbolçusu: “Hədəf Avropa Liqasının kubokunu qazanmaqdır”

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Bayer”in müdafiəçisi Alexandro Qrimaldo karyerasını harada davam etdirmək istədiyindən danışıb.

Newsport.az xəbər verir ki, “Barselona”nın yetirməsi İspaniyaya qayıtmağı planlaşdırır. Kataloniya klubunun da maraq dairəsində olan 28 yaşlı müdafiəçi bu istəyini açıq şəkildə bildirib: “Gələcəkdə İspaniyada oynamaq istərdim. Çünki La Liqa həmişə çıxış etməyi arzuladığım çempionatdır. Təbii ki, Leverkuzendə də çox xoşbəxtəm. Qısa müddətdir burada olmağıma baxmayaraq, “Bayer”də yer almaqdan həzz alıram. Bu mövsüm hədəf həm Bundesliqada sona qədər çempionluq uğrunda mübarizə aparmaq, həm də Avropa Liqasının kubokunu qazanmaqdır”.

Qeyd edək ki, Alexandro Qrimaldo bu yay “Benfika”dan “Bayer”ə keçib. Bu mövsüm o, 17 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right