Bu gün AVRO-2024-ün seçmə mərhələsində 9-cu tura start veriləcək. Newsport.az xəbər verir ki, ilk gündə 4 qrupda 9 oyun keçiriləcək.
Bu qruplarda İspaniya, Şotlandiya, Belçika, Avstriya, Macarıstan və Portuqaliya final mərhələsinə vəsiqəni öncədən rəsmiləşdiriblər.
Bu gün isə daha iki komanda onlara qoşula bilər. Bunlar Slovakiya və Serbiyadır. İslandiyanı qəbul edəcək slovaklar 1 xal qazanacaqları təqdirdə istəklərinə çatacaqlar. Monteneqronun isə Litva ilə görüşdə büdrəməsi Serbiyanın final mərhələsinə vəsiqə qazanmasına səbəb olacaq.
AVRO-2024, seçmə mərhələ
16 noyabr
A qrupu
21:00. Kipr - İspaniya
21:00. Gürcüstan - Şotlandiya
F qrupu
21:00. Azərbaycan - İsveç
21:00. Estoniya - Avstriya
G qrupu
21:00. Bolqarıstan - Macarıstan
23:45. Monteneqro - Litva
J qrupu
23:45. Lixtenşteyn - Portuqaliya
23:45. Lüksemburq - Bosniya və Herseqovina
23:45. Slovakiya - İslandiya