"Yuventus" "Mançester Yunayted"lə bu futbolçu üçün danışıq aparır

"Mançester Yunayted"in vingeri Ceydon Sanço "Yuventus"un futbolçusu ola bilər.

Newsport.az "Calciomercato"ya istinadən xəbər verir ki, Turin klubu son günlər futbolçunun transferi ilə bağlı mümkün sövdələşmə barədə çalışır.

“Qoca sinyora” ancaq maaşının bir hissəsini qarşılamaqla futbolçunu icarəyə götürməkdə maraqlıdır.

Hazırda tərəflər arasında danışıqlar davam edir. “Mançester Yunayted” isə futbolçusunu satmaq istəyir. Bunun üçün gələcək təklifləri gözləyir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right