“Napoli”nin yeni baş məşqçisi rəsmən açıqlandı

“Napoli”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Komandaya Valter Matsarri baş məşqçilik edəcək. 62 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Rudi Qarsiyanı əvəzləyib.

Matsarrinin son klubu “Kalyari” olub. O, 2009-2013-cü illərdə də “Napoli”yə baş məşqçilik edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right