"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" bu gün İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi 7-ci turda lider "Mançester Siti"ni qəbul edib.

"Tottenhem" qələbə qazanacağı təqdirdə liderlə xal fərqini 3-ə endirəcəkdi. Matçın 25-ci dəqiqəsində hesabda geri düşən "Tottenhem" əzmkar qələbə qazanıb. Fasiləyə bərabərliklə yollanan London təmsilçisi ikinci hissədə 3 qol vurmaqla görüşdən 3 xalla ayrılıb - 4:1.

Qeyd edək ki, bu qələbədən sonra xalını 12-yə çatdıran "Tottenhem" turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. 
 


26 sentyabr

İngiltərə Premyer Liqası, 7-ci tur

16:45. "Tottenhem" - "Mançester Siti" - 4:1
Qollar: 
Kevin de Bruyne, 25 (0:1), Dayer, 45 (1:1), Alderveyreld, 50 (2:1), Hari Keyn, 61 (3:1), Lamela, 79 (4:1)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right