“Liverpul” tarixinin ən uğurlu transferləri müəyyənləşib. Newsport.az xəbər verir ki, “FourFourTwo” nəşri İngiltərə klubunun heyətinə qatdığı ən yaxşı oyunçuları sıralayıb.
Reytinqə 1977-1990-cı illərdə “qırmızılar”ın formasını geyinmiş Kenni Dalqlişi başçılıq edir. 2017-ci ildən Premyer Liqa komandasında çıxış edən Məhəmməd Salah ikinci sıradadı.
Karyerasını “Liverpul”da davam etdirənlərdən Vircil Van Deyk sıralamada 9-cudu.
“Liverpul” tarixinin ən uğurlu 10 transferi:
1. Kenni Dalqliş (1977-ci ildə “Seltik”dən);
2. Məhəmməd Salah (2017-ci ildə “Roma”dan);
3. Yan Raş (1980-ci ildə “Çester Siti”dən);
4. Kevin Kiqan (1971-ci ildə “Skuntorp Yunayted”dən);
5. Qrem Suness (1978-ci ildə “Midlsbro”dan);
6. Con Barnes (1987-ci ildə “Uotford”dan);
7. Luis Suares (2011-ci ildə “Ayaks”dan);
8. Rocer Hunt (1958-ci ildə “Stokton Hit”dən);
9. Vircil Van Deyk (2018-ci ildə “Sauthempton”dan);
10. Ron Yeyts (1961-ci ildə “Dandi Yunayted”dən).