İspaniya La Liqasının VI turunda keçiriləcək "Malaqa” ilə oyuna hazırlaşan "Real Madrid” 3 aparıcı zədəli futbolçusundan gələn xəbərlə sevinib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iki həftədir ki, zədəli olan futbolçular – Qaret Beyl, Serxio Ramos və Hames Rodrigez komandanın son məşqində iştirak ediblər. Onların "Malaqa”ya qarşı oynayacaqları sual altındadır.
Bu arada zədəli futbolçulardan gələn xəbərlə sevinən "Real Madrid” aparıcı müdafiəçisi Pepe şoku yaşayıb. Belə ki, portuqaliyalı futbolçu məşqlərin birində zədələnib. Onun bu gün "Malaqa”ya qarşı oynamayacağı dəqiqdir.