İngiltərəli futbolçu 100 və daha çox qol vuran 14-cü müdafiəçi olub

İngiltərəli futbolçu Ceyms Tavernier karyerası ərzində 100 və daha çox qol vuran 14-cü müdafiəçi olub.

Newsport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiyanın “Reyncers” klubunun üzvü Premyer Liqanın XII turunda “Livinqston”la görüşdə (2:0) fərqlənərək, bu siyahıya düşüb.

32 yaşlı oyunçu bunu reallaşdıran 3-cü sağ cinah müdafiəçisidir. Maraqlıdır ki, Tavernier 100 qol həddinə çatanlar arasında millidə çıxış etməyən yeganə futbolçudur.

Rekordçu isə 254 qola imza atan əfsanəvi niderlandlı Ronald Kumandır.

Siyahıya düşənlərdən yalnız Tavernier və ispaniyalı Serxio Ramos karyerasını davam etdirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right