“Fənərbaxça” xal itirdi, “Beşiktaş” qalib gəldi

Türkiyə Super Liqasında 12-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son gündə daha 4 görüş baş tutub.

“Pendikspor” “Samsunspor”u, “Rizəspor” “İstanbulspor”u, “Beşiktaş” isə “Başakşəhər”i doğma meydanda tək qolla məğlub edib. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası – “Adana Dəmirspor” isə doğma meydanda “Fənərbaxça” ilə qarşılaşıb. Millimizin qapıçısının sonadək ehtiyatda qaldığı bu görüşdə qapılara qol vurulmayıb.

Hazırda zirvədə qərarlaşmış “Fənərbaxça” və “Qalatasaray”ın 31 xalı var. “Adana Dəmirspor”, “Trabzonspor”, “Beşiktaş” və “Kayserispor” 22 xal toplayıblar. “Antalyaspor”la “Kasımpaşa”nın 18, “Hatayspor”la “Rizəspor”un 17 xalı var.

Türkiyə Super Liqası
12-ci tur
10 noyabr

Ankaragücü – Antalyaspor 0:4
Qollar: Larsson, 8. Yehezkel, 29. Buksa, 70. Assombalonqa, 85.

Trabzonspor – Konyaspor 2:1
Qollar: Onuaçu, 59; 85 – Prip, 77.

11 noyabr

Kasımpaşa – Kayserispor 3:4
Qollar: Fall, 36. Da Kosta, 50. A.Kara, 74-pen – Karimi, 12. S.Çiftpınar, 27-öz qapısına. Morte, 45. Tiam, 47.

Alanyaspor – Qaziantep 0:3
Qollar: Maksim, 45+6-pen. Draquş, 45+9. Riaskos, 90+5.

Fatih Karagümrük – Sivasspor 3:0
Qollar: Eysserik, 42. G.Yalçın, 79. S.Dursun, 86.

Hatayspor – Qalatasaray 2:1
Qollar: Rivas, 14. Lamkel Ze, 55 – Zaha, 28.

12 noyabr

Pendikspor – Samsunspor 1:0
Qol: E.Yardımçı, 47.

Beşiktaş – Başakşəhər 1:0
Qol: Muleka, 55.

Rizəspor – İstanbulspor 1:0
Qol: Şelvi, 5.

Adana Dəmirspor – Fənərbaxça 0:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right