"Yuventus"un müdafiəçisi: "Özümü komandanın liderlərindən biri kimi hiss edirəm"

"Yuventus"un mərkəz müdafiəçisi Qleyson Bremer İtaliya A seriyasının 12-ci turunda "Kalyari" ilə oyunun (2:1) nəticəsini şərh edib.

Newsport.az "CalcioMercato"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu komanda haqda bunları deyib: 

"Bu mövsüm çoxdan gözlənilən ilk qolunu vurduğum üçün şadam. Özümü komandanın liderlərindən biri kimi hiss edirəm. Artırmağı bacardım. Ümidvaram ki, eyni ruhda davam edə biləcəm. Çox əzmkar komandayıq”.

Braziliya millisinin üzvü “Atletiko Mineyro” və “Torino”da oynadıqdan sonra 2022-ci ildə “Yuventus”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right