“Messi ilə oynamaq istərdim” Harri Keyn

“Bayern”in hücumçusu Harri Keyn “İnter Mayami”nin futbolçusu Lionel Messi ilə eyni komandada oynamaq istədiyini bildirib.

Newsport.az-ın məlumatına görə, ingilis forvard Messinin ən böyük oyunçulardan biri olduğunu söyləyib:

“Messi ilə oynamaq istərdim. O, ən böyük oyunçulardan biridir. Əminəm ki, o, mənə bir neçə məhsuldar ötürmə verə bilər”.

30 yaşlı futbolçu bu yay “Tottenhem”dən “Bayern”ə keçib. Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right