PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını İngiltərədə davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, “Mançester Yunayted” gələn ilin yayında Paris klubu ilə müqaviləsi başa çatacaq fransalı forvarda cəlbedici maaş təklif etməyi planlaşdırır.
Mbappe cari mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 14 matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.