Şahruddinin komandası "Fənərbaxça"ya qarşı

Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" bu gün Super Liqada növbəti görüşünü keçirəcək.

Newsport.az-ın məlumatına görə, Adana təmsilçisi "Fənərbaxça"nı qəbul edəcək.

Qarşılaşmaya 20:00-da start veriləcək.

Şahruddinin komandası 11 oyundan 21 xalla 5-ci pillədə qərarlaşıb. "Fənərbaxça" isə 30 xalla ikincidir.

Millimizin qapıçısı "Adana Dəmirspor"un heyətində cəmi bir rəsmi oyunda meydana çıxıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right